“Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar”
Hazırda Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov ictimaiyyətə audio müraciət yollayıb. Həmin səs yazısında jurnalist həbsdə olmasının səbəbi və bunun arxasında dayanan qüvvələr barədə danışıb. Musavat.com xəbər verir ki, F.Abbasov sözügedən səs yazısında günlərdir qanunsuz olaraq azadlıqdan məhrum olunduğunu deyərək detalları səsləndirib: “Vacib deyil ki, bu günlər ərzində məni hansı xəyal qırıqlıqları, kədər müşayiət edir. Mən şikayət etmirəm və əsəbə, kədərə də məğlub olmuram. Mən 25 ildir ki, əsirlikdə olan Qarabağ əhalisindən, insanlarından heç nə ilə üstün deyiləm. Onların acınacaqlı, faciəli taleyi mənimki də ola bilərdi. Mən Allaha ona görə minnətdaram ki, bu günlər ərzində insanları daha çox tanıdım, nəinki azadlıqda olduğum müddətdə. Son baş verən hadisələrlə bağlı bütün diqqət Rusiyadakı Azərbaycan diasporasının üzərindədir. Bir çox diaspora nümayəndələri bu haqda özləri bildirdilər. Onları bu məsələdə qonşu ölkələrin iclmaları da dəstəkləyiblər. Guya Fuad Abbasov azadlıqdan məhrum olunub, deportasiya olunub. Ona görə ki, onu Azərbaycan diasporasının nümayəndələri şikayət ediblər. Əslindəsə bunun reallıqla heç bir əlaqəsi yoxdur. Mən indi satqınlardan danışmaq istəmirəm. Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar. Amma mən indi burdayamsa, bu, diaspora tərəfindən ittihamlara və diaspora daxilindəki problemlərə görə deyil. Əsas səbəb azərbaycanlıların Rusiyada hüquqlarının pozulmaslıdır. Əslində bu, belədir. Mənimlə baş verənlərin əsas səbəbi Rusiyada yaşayan azərbaycanlıların problemlərinin səsləndirilməsidir. Xüsusən də federal kanallarda, ictimai rəyin formalaşdığı media məkanlarında çıxışlarımdır. Rusiya və Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasındakı münasibətləri pozmağa cəhddir”.
F.Abbasov eyni zamanda bildirib ki, efirdəki hər tənqidi çıxışından sonra onunla hüquq-mühafizə orqanları maraqlanırdılar: “Bu efirlər də diaspora ilə bağlı idi. Nəyə görə 15 mart 2019-cu ildəki, 15 may 2019-cu ildəki efirdən sonra hüquq-mühafizə orqanları mənimlə maraqlandı? Bu efirlər Azərbaycan diasporası ilə bağlı idi. Bunu diasporadaxili problem kimi qələmə vermək istəsələr də, bu, onunla bağlı deyil. Mənim saxlanmağımın əsas səbəbini jurnlast Maksim Şevçenko səsləndirib. Ona cəsarətinə görə təşəkkür edirəm. Burda məqsəd Rusiyadakı yeganə azərbaycanlının, eyni zamanda Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir. Kimlərəsə bu, çox da xoş gəlmir. Kimsə istəyir ki, sözün hərfi mənasında azərbaycanlıların və türk qardaşların səsini Rusiya efirindən, internet məkanlarından silsinlər. Bu, müxtəlif ölkələrin illərlə davam edən planlarına ziddir. Ona görə də onlar yalan xəbərlə, sifarişli addımlar atırlar. Sifarişçi və icraçılar bununla dayanmayacaqlar. Onlar müxtəlif ittihamlar uyduracaqlar ki, mənim səsimi azadlıqdan məhrum etdikləri divarlar arasında kəssinlər. Amma son günlər bu olaydan öz siyasi məqsədləri üçün istifadə edənlər də var. İndi mən sifarişçi və icraçılar, eləcə də bundan istifadə edənlər barədə danışmaq istəmirəm. Bəlkə də bəzi analitiklər bu haqda artıq yazıblar. Amma mənim bu dörd divar arasında olmağım Rusiyada Azərbaycan və Türkiyənin səsini çatdırmağımla bağlı ictimai fəaliyyətimlə bağlıdır. Mən düşünmürəm ki, yaxın zamanda kimsə mənim bu təcrübəmi təkrarlamaq istəsin. Çünki bu, göz qorxutmaq üçün hesablanıb. Məqsəd odur ki, heç kim Fuad Abbasov kimi hərəkət etməsin. Bəlkə də onlar öz məqsədlərinə nail olacaqlar. Ya da mənim yolumu davam edəcək soydaşlarımız tapılacaq. Amma nə olursa olsun, mən demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Özünüzü heç nə ilə məhdudlaşdırmayın. Əgər sizin deməyə nəsə sözünüz varsa! Öz hüquqlarınızı müdafiə etmək və Rusiyada öz sözünüzü demək istəyirsizsə, bunu edin. Qorxudulma aktlarına, opponentlərinizə rəğmən, bunu edin. Ümid edirəm ki, yaxın zamanlarda azadlığa çıxa biləcəm, sizinlə normal ünsiyyət quracam. Mən azadlıqdan məhrum olmuşam indi. Bəlkə də gələcəkdə bunu deməyə imkanım olmayacaq”.
F.Abbasov sonda onu müdafiə edən hər kəsə, xüsusilə də Rusiyadakı Azərbaycan səfirliyinə təşəkkür etdi: “Ümid edirəm ki, Rusiya hüquq mühafizə orqanları bütün hallarda həqiqətin yanında olacaq və indiki situasiyada ən düzgün qərarı verəcək”.
Sevinc, musavat.com
canlii ontario Fuad Abbasov həbsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı (AUDİO) | |
394 Likes | 394 Dislikes |
11,097 views views | 74K followers |
News & Politics | Upload TimePublished on 18 Jun 2019 |
Related keywords
muxalifet mitinq,canlı yayın türkiye maçı,milli şuranın sədri,фуад аббасов последние новости,muxalifet son xeberleri,debatte im parlament,фуад аббасов новости,liquidar conta facebook,canlı yayın kapıkule,canli yayin akisi,canlis salad,müxalifət saytları,müxalifət qəzeti,musavat com xeberler bu gun,musavat xeberler,musavat partiyasi,muxalifet saytlari,debattierer,musavat qazeti bu gün,fuad abbasov haqqinda melumat,liquidar financiamento bradesco,canlı yayın kanal d,canlii alberta,milli şuranın üzvləri,muxalifet partiyasi,musavat.com ictimai siyasi qazet,debattieren lernen,liquidar emprestimo,müxalifət mitinq,canlı radyo,milli şuranın 10 mart mitinqi,canline industrial corporation,фуад аббасов кто он,liquidar significado,milli şura üzvləri,canlii sask,muxalifetci nedir,debatten,muxalifet qezeti,canli yayin kanal d,debat,fuad abbasov soyuldu,musavat onlayn ictimai siyasi qəzeti,müxalifətin iç üzü,canlı yayın show tv,muxalifet qazetleri,debattierclub,canlı yayın trt 1,fuad abbasov herbs olundu,canli yayin cukur,milli şura 1918,müxalifətin mitinqi,milli şuranın mitinqi 2018,canlii federal,muxalifet nedir,liquidar sentença trabalhista,musavat xeberleri,fuad abbasov,müxalifət xəbərləri,fuad abbasov jurnalist,liquidar,debate,liquidar contrato,musavat.com mobile,müxalifət nedir,debatte synonym,фуад аббасов журналист,milli şuranın üzvləri siyahısı,müxalifətin son mitinq,canlin energy,müxalifətin 31 mart mitinqi,фуада аббасов,muxalifet liderleri,liquidar o contrato no ato do encerramento,musavat gazeti,canli yayin trt cocuk,debate topics,müxalifət qəzetləri,debatte,muxalifetin son xeberleri,canlii,фуад аббасов депортация,canli yayin teve2,liquidar conta,аббасов фуад,musavat az,musavat son xeberler,milli şura nedir,фуаду аббасов,musavat dervişoğlu kimdir,фуад аббасов вики,liquidarmos,liquidaram,фуад аббасов журналист биография,muxalifetin bu gunku mitinqi,müxalifətin 10 mart mitinqi,фуад аббасов прямой эфир,canli yayin haber turk,musavat dervişoğlu,fuad abbasovu,milli şuranın mitinqinə icazə verilmədi,canli yayinlar,canli yayin secim,canliskor,debattierthemen,canli yayin show,debating,milli şuranın mitingi,canlis seattle,фуад аббасов политолог,müxalifət nədir,milli eğitim şurası,liquidar o julgado,milli şuranın mitinqinə icazə verildi,fuad abbasov haqqinda,canli tv,muxalifet sozunun menasi,liquidar dividas,canli yayin trt 1,фуад аббасов родился,muxalifetin yalanlari,milli şura axc,canli yayin a haber,canli yayin erkenci kus,milli şura facebook,milli şura vikipedi,canlis menu,canli yayin trt,fuad abbasov journalist,müxalifət az,muxalifet ne demek,liquida recife,fuad abbasov goz hekimi,debat plus,debate deutsch,canlı yayın haberler,debattierclub zürich,debattierclub bern,muxalifet ciler,milli şura salonu,fuad abbasov son xeber,fuad abbasov kimdir vikipedi,canli yayin kanal 7 avrupa,canli yayin cnn,фуад аббасов кто такой,musavat.comm,canli tv izle,canli yayin a2,аббасов фуад малик оглы,müxalifətin çirkin əməlləri,фуад аббасов википедия,debattieren synonym,canli yayin ntv,canli yayin eurostar,фуад аббасов кто по нации,fuad abbasov wiki,müxalifət nə istəyir,debatable,canlı döviz,müxalifət vikipediya,muxalifetin novbeti mitinqi,fuad abbasov kimdir,milli şuranın yaradılması,liquidar emprestimo bb,müxalifət informasiya portalı,canli yayin kanal 7,liquidar e atlético mineiro,musavat.com azerbaycanca,milli şuranın mitinqi,liquidar sentença,musavat son xəbərlər,muxalifetin 31 mart mitinqi,musavat qezeti,canlı yayın ekrem imamoğlu,canlı skor,musavat qazeti bugun,debatin,müxalifətin 19 yanvar mitinqi,canlı yayın tv8,liquidar saldar,liquidar quota significado,musavat son xeber,canlı yayın kanal 7,canli yayin trt haber,fuad abbasov wikipedia,muxalifet ne demekdir,canlis luau,canlii connects,muxalifet xeber,canlii bc,canlı yayın binali yıldırım,canlii quebec,фуад аббасов турецкий журналист биография,müxalifət zirvəsi,debatten themen,фуад аббасов youtube,fuad abbasov depot,fuad abbasovun tutulmasi,muxalifet 19 yanvar mitingi,debattieren,müxalifət sədri,фуад аббасов биография,liquidar empresa,canlı yayın imamoğlu,musavat qazeti,
Không có nhận xét nào:
Đăng nhận xét